Honkonq sakinləri Çinlə paralel ticarətə qarşı etirazlara başlayıb

Honkonq sakinləri Çinlə paralel ticarətə qarşı etirazlara başlayıb

İyulun 13-də Honkonqun 30 mindən çox sakini Syönsyöy rayonunda Çinin materik hissəsi ilə paralel ticarətə qarşı etiraz aksiyalarına başlayıb.

SİA “gazeta.ru” saytına istinadən xəbər verir ki, etirazçılar hakimiyyətdən paralel ticarətin rayonun həyatına mənfi təsirinə göz yummamağı tələb edir. Onların sözlərinə görə, paralel ticarət səbəbindən şəhərdə daşınmaz əmlakın qiyməti artıb və gigiyenik şərait ağırlaşıb.

Paralel ticarət uzun illərdir ki, Çinin materik hissəsi ilə sərhəddə yerləşən rayonlarda geniş tətbiq olunur. İstənilən ticarətçi Honkonqdan az miqdarda mal alaraq Çində sata bilir. Bunun üçün rüsum ödəmək və icazə almaq lazım gəlmir.

Bütün xəbərlər Facebook səhifəmizdə