Əfqanıstanın şimal-qərbində yerləşən Badgis əyalətinin Kalayi-Nau şəhərindəki otelə hücum nəticəsində ən az üç nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
SİA “lenta.ru” saytına istinadən xəbər verir ki, hazırda silahlılarla təhlükəsizlik xidməti əməkdaşları arasında döyüşlər davam edir.
Eyni zamanda, əyalət qubernatorunun nümayəndəsi Nəcibullah Dadfar həlak olanların arasında iki hərbçinin olduğunu da deyib.
Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB