Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasında xidmət edən amerikalı hərbçi həlak olub. SİA bu barədə missiyanın rəsmi saytına istinadla xəbər verir. Hərbçinin adı və həlak olduğu yer barədə məlumat gizli saxlanılır.
2019-cu ilin əvvəlindən bəri Əfqanıstan ərazisində ən az yeddi amerikalı hərbçi öldürülüb.
Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası başlayıb. Hazırda Əfqanıstanda ABŞ-ın 15,5 min hərbçisi, həmçinin NATO-ya üzv ölkələrin və tərəfdaşların 7,5 minlik hərbi kontingenti xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB