İtaliyanın Daxili İşlər naziri və “Liqa” partiyasının lideri Matteo Salviniyə içərisində güllə olan anonim zərf göndərilib. SİA İtaliya mətbuatına istinadla xəbər verir ki, zərfdə nazirə faşist diktatoru Benito Mussolininin istifadə etdiyi, “lider” anlamına gələn “Duçe” kimi müraciət edilib.
Zərf Florensiya yaxınlığında yerləşən Sesto-Fyorentina kommunasında poçt şöbəsinin çeşidləmə məntəqəsində ələ keçirilib. Folqa bükülmüş güllə 22 kalibrli olub.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB