Avropa İttifaqından Bolqarıstana yoxsulluq və korrupsiya xəbərdarlığı

Avropa İttifaqından Bolqarıstana yoxsulluq və korrupsiya xəbərdarlığı

Avropa İttifaqı Şurasının Vergi iqtisadi siyasəti və məşğulluq komitəsinin tövsiyələrində Bolqarıstanın vergi yığımını yaxşılaşdırması və ölkədə korrupsiya səviyyəsinə diqqət yetirmək ifadə edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə ölkədə qeydiyyata salınmayan əmək fəaliyyətinin və qanunsuz yanacaq satışının hələ də Bolqarıstanda əsas problemlər olaraq qaldığı qeyd edilir. İctimai idarəetmədə və elektron hökumət istiqamətində islahatlar çox yavaş gedir. Qeyd olunub ki, ölkə yoxsulluq riski və səhiyyədən istifadə məhdudiyyətlərinə də diqqət yetirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə