"Gürcü aparıcının hərəkətlərində ekstremizm əlamətləri var" - Peskov

"Gürcü aparıcının hərəkətlərində ekstremizm əlamətləri var" - Peskov

Gürcüstanın televiziya aparıcısının hərəkətləri respublikanın hakimiyyət orqanlarının hörmətsizliyinin nəticəsidir, həmçinin də rusafobiya və ekstremist xarakter daşıyır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən bunu şərh etməyəcəm. Bizim nöqteyi nəzərdən bu çox təhlükəli bir vəziyyətdir. Son həftələrdə rusafobik, ekstremist xarakterli bir sıra hadisələrin şahidi olduq", Peskov deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə