İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahilləri yaxınlığında Molukka dənizində 5,8 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib.

Qeydə alınan yeraltı təkanların episentri Ternate şəhərindən 134 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə