İtaliya polisi ölkənin şimalında həvəskar idmançılar və bodibildinqçilər arasında apardığı dopinq araşdırmasının nəticəsinə əsasən doqquz nəfəri həbs edib.
SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, həbslər ölkənin Trento, Bolçano, Breşia, Berqamo, Kremona, Medona və Viterbo əyalətlərində həyata keçirilib.
Trento əyalətində “NAS” sanitar-gigiyena polisi 1 milyon avro dəyərində qadağan edilmiş preparat ələ keçirib.
İtaliyada qadağan olunmuş preparatlara görə aparılan dopinq testlərinin nəticəsi həvəskar idmançıların 2 faizindən çoxunda müsbət çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB