Daha 2 terrorçu zərərsizləşdirildi

Daha 2 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap və Metina bölgələrinə hava əməliyyatı təşkil edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib. Bundan başqa terrorçulara məxsus istehkam və mağaralar da məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə