İranda qum qasırğasından 215 nəfər xəsarət alıb

İranda qum qasırğasından 215 nəfər xəsarət alıb

İranın cənub-şərqində Sistan və Bəlucistan vilayətində ötən bir neçə gün ərzində xəstəxanaya müraciət edən vətəndaşların sayı 215 nəfərə çatıb.

SİA xəbər verir ki, bunu İranın Sistan və Bəlucistan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Baş direktorun sözlərinə görə, onlardan 50 nəfəri xəstəxanaya yatırılıb.

Şəhnəvazi bildirib ki, pasiyentlər tənəffüs sistemi, göz və ürək problemləri ilə müalicə mərkəzlərinə müraciət ediblər.

Qeyd edək ki, İranın Sistan və Bəlucistan vilayətinin 5 rayonunda güclü qasırğalar qeydə alınır. Ötən gündə də qasırğanın sürəti saatda 119 kilometrə çatıb. Qasırğanın baş verməsinin əsas səbəbi Hamun gölünün qurumasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə