Qaz partlayışı nəticəsində 20 nəfər yaralanıb

Qaz partlayışı nəticəsində 20 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının cənubunda, Planteysn şəhərində qaz partlayışı nəticəsində azı 20 nəfər yaralanıb

SİA xəbər verir ki, yerli WPLG telekanalı partlayış barədə yanğın xidmətinin başçısı Coel Qordona istinadla məlumat yayıb. İki nəfərin ciddi xəsarət aldığı bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, partlayış Fountains ticarət mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinin ətrafında yerləşən bütün mağaza və ofislər hökumət orqanlarının növbəti bildirişinə qədər bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə