Mikroavtobusun yük maşını ilə toqquşması 8 nəfərin ölümü ilə nəticələnib
Hindistanın Uttar-Pradeş ştatında mikroavtobusun yüksək sürətlə hərəkət edən yük maşını ilə toqquşması nəticəsində 8 nəfər həlak olub, iki nəfər isə yaralanıb..
SİA xəbər verir ki, bu gün səhər saatlarında baş vermiş ağır yol-nəqliyyat hadisəsi barədə Times of İndia qəzeti yerli polisin nümayəndəsinə istinadla məlumat yayıb. Mikroavtobus sürücüsü digər avtomobili ötüb keçməyə cəhd göstərib və bu zaman qarşıdan gələn yük maşını ilə toqquşub.
Təhqiqat davam edir. Hüquq-mühafizə orqanları yük avtomobilinin hadisə yerindən qaçıb gizlənmiş sürücüsünü axtarırlar.
Qəza zamanı ölənlərdən dördünün yerli məktəbin məşğələyə yollanan müəllimləri olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB