Kaliforniyada baş verən zəlzələdə bir neçə nəfər yaralanıb

Kaliforniyada baş verən zəlzələdə bir neçə nəfər yaralanıb

Kaliforniya ştatında baş verən güclü zəlzələdən sonra Kern dairəsinin Rickrest şəhərində 2 min nəfər elektriksiz qalıb. SİA “Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Edison” kompaniyası məlumat yayıb. Los-Anceles şəhərinin yanğınsöndürmə xidmətinin məlumatına əsasən, zəlzələ nəticəsində bir neçə nəfər yaralanıb.

Xatırladaq ki, yerli vaxtla saat 03:19-da Kaliforniya ştatının cənubunda 7,1 bal gücündə zəlzələ olub.

San-Bernardino şəhərinin yanğınsöndürmə xidməti təbii fəlakət nəticəsində bəzi evlərin bünövrəsində çatlar əmələ gəldiyini bildirib. Los-Anceles aeroportunun rəhbərliyi yeraltı təkanların iş qrafikinə təsir etmədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə