Vladimir Putin Romada İtaliyanın Baş Naziri Cüzeppe Konte ilə görüşüb

Vladimir Putin Romada İtaliyanın Baş Naziri Cüzeppe Konte ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Romada İtaliyanın Baş Naziri Cüzeppe Konte ilə görüşüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti görüş zamanı Ukrayna və regiondakı vəziyyətin müzakirə olunduğunu bildirib.

İtaliyanın Baş Naziri isə görüşdən sonrakı mətbuat konfransında bildirib ki, onun hökuməti Rusiya üzərindən sanksiyaların götürülməsi üçün şəraitin yaradılması üzərində çalışacaq: “Biz hesab edirik ki, sanksiyalar məqsəd deyil. Biz İtaliya-Rusiya, Avropa İttifaqı-Rusiya arasında mövcud vəziyyətin aradan qaldırılması üçün çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə