XİN: Bir qrup şəxs hakimiyyəti zor gücünə devirmək istəyib

XİN: Bir qrup şəxs hakimiyyəti zor gücünə devirmək istəyib

Gürcüstanın Baş Prokurorluğu iyunun 20-21-də paytaxt Tbilisidə baş verən etiraz aksiyası və iğtişaşlarla bağlı yeni açıqlama yayıb. SİA xəbər verir ki, iyunun 4-də Baş Prokurorluqda keçirilən brifinqdə iyunun 20-dən 21-nə keçən gecə Tbilisidə baş verənlər zor gücünə hakimiyyətin devrilməsi və qiyam kimi qiymətləndirilib.

Prokuror Koka Katsitadze deyib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iyunun 20-də və 21-də parlamentin binası qarşısında keçirilən aksiyada kütləvi zorakılığın təşkili ilə bağlı intensiv istintaq tədbirləri həyata keçirir. İstintaq tədbirləri, sübutlar və şahid dindirmələri zamanı müəyyən olunub ki, iyunun 20-dən 21-nə keçən gecə bir qrup şəxs zor gücünə və qiyam yolu ilə hakimiyyəti devirmək niyyətində olub. Bu niyyətin ilkin mərhələsinin reallaşdırılması üçün Gürcüstan parlamentinə hücum, daha sonra isə bütün ölkə ərazisində cinayət əməlləri planlaşdırılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının səyləri nəticəsində bu cəhdlərin qarşısı alınıb.

Prokurorun sözlərinə görə, cinayət işi Cinayət Məcəlləsinin “Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsi məqsədilə əlbirlik və ya qiyam” maddəsinə tövsif edilib. Təqsirləndirilən şəxslərin sayı yaxın zamanlarda artacaq və bu barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə