Zelenskinin müşaviri Putinə cavab verib

Zelenskinin müşaviri Putinə cavab verib

Ukrayna Prezidenti Vladimir Zelenskinin separatçılar haqqındakı sözləri Donbassın siravi sakinləri haqqında deyil, qondarma Donetsk və Lugansk xalq respublikalarının rəhbərliyinə aiddir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zelenskinin siyasi məsələlər üzrə müşaviri Nikita Poturayev Rusiya Dövlət Başçısı Vladimir Putinin "Kiyev öz vətəndaşlarını separatçılar adlandırmamalıdır" açıqlamasını şərh edib.

"Putin bildirib ki, insanları təhqir etmək və separatçı adlandırmaq lazım deyil. Biz hamıya öz adı ilə müraciət edirik - Putinin kuklaları elə də adlandırırıq. Biz Donetsk və Luqanskdakı müəyyən bölgələrdən olan insanları rədd etmirik - biz onlarla əlaqə saxlayırıq", o bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə