Səudiyyə Ərəbistanın ilk qadın səfiri işinə başlayıb

Səudiyyə Ərəbistanın ilk qadın səfiri işinə başlayıb

Səudiyyə Ərəbistanın ABŞ-a təyin etdiyi yeni səfir xanım Rima bint Bəndər bin Sultan bin Əbdüləziz bu gündən işinə başlayıb. SİA əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Rima bint Bəndər bin Sultan bin Əbdüləziz ilk iş günündə Vaşinqtonda ABŞ dövlət katibinin müavini Devid Şenkerlə görüşərək Yaxın Şərq proseslərini müzakirə edib.

Qeyd edək ki, bu Səudiyyə tarixində ilk dəfə olaraq, bir qadının səfir təyin ediməsidir. Rimanın atası Bəndər bin Sultan da ABŞ-da səfir vəzifəsində çalışıb.

Qeyd edək ki, şahzadə Rimadan öncə Vaşinqtondakı səfir hazırki kral Salman bin Əbdüləzizin oğlu və vəliəhd Məhəmməd bin Salmanın qardaşı Xalid bin Salman idi. Xalid bin Salman ölkənin müdafiə nazirinin müavini postunda qalmaqdadır. Xalid bin Salman Camal Kaşıkçı məsələsində ittihamlanan şəxslərdən biri hesab edilir.

Ekspertlər bildirir ki, Səudiyyə Ərəbistanın siyasi etikasına zidd olan bu təyinat, Kaşıkçı cinayəti və Yəmən müharibəsindən sonra ölkənin ləkələnmiş imicini fərqli şəkildə göstərmək məqsədi daşıyır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə