Sel-yağış Yaponiyanı yudu 1 milyondan çox sakin təxliyə olunur

Sel-yağış Yaponiyanı yudu 1 milyondan çox sakin təxliyə olunur

Yaponiyanın Küsü adasının cənub rayonlarında aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 1 milyondan çox sakin təxliyə olunur. SİA-nın verdiyi məlumata görə, təxliyə iki prefekturada 517 mindən çox yaşayış evinə şamil olunub. Meteoroloqlar iyulun 4-də güclü yağıntıların davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, ötən ilin iyul ayında daşqın və sürüşmələr Yaponiyada 200 nəfərin ölümünə səbəb olmuşdu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə