Rusiya prezidenti Vladimir Putinə dərin dəniz aparatında baş verən yanğınla bağlı məlumat dərhal çatdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Təbii ki, baş komandirə dərhal məlumat verilib. Bu gəmini xilas etmək üçün ekipaj üzvləri qəhrəmanlıq göstərib. Məlumatlar vaxtında verililib", - Peskov Rusiya Müdafiə Nazirliyinin iyulun 1-də baş vermiş faciə ilə bağlı bir gün sonra prezidentə məlumat verildiyini şərh edərkən bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB