Rusiyada 14 dənizçi həlak olub

Rusiya Federasiyası sularında dərinlik aparatında baş verən yanğın nəticəsində 14 dənizçi həlak olub. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə çərşənbə axşamı günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə iyulun 1-də Rusiyanın ərazi sularında dünya okeanın təkini öyrənmək üçün nəzərdə tutulan elmi-tədqiqat dərinlik aparatında baş verib. Nazirlikdən bildiriblər ki, dənizçilərin ölümünə tüstü zəhərlənməsi səbəb olub. Komandanın fədakar fəaliyyəti nəticəsində yanğın söndürülüb.

Hazırda dərinlik aparatı Severomorsk hərbi-dəniz bazasındadır. Hadisənin səbəbi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə