Serj Sarkisyanın yalan vədləri

Gürcüstandan Ermənistana keçən və qeydiyyatda olmayan hər avtomobilə görə, sürücü 140 dollar cərimələnir. SİA-nın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu, Gürcüstan ermənilərində ciddi narazılıq yaradıb və onlar Ermənistana getməkdən imtina ediblər. Belə ki, Ermənistan ərazisinə daxil olan istənilən maşın orada sığorta etdirilməlidir. Hətta insan bu ölkəyə 3 saatlığına gəlibsə belə, yenə də ondan sığorta olunması tələb edilir. Bu səbəbdən Axalkalakidən Yerevana sərnişin aparan taksilər də artıq bu xidmətdən imtina edib.

 

Eyni zamanda problem yalnız taksi sürücülərini narazı salmayıb. Adi ermənilər də Ermənistana öz maşını ilə gedə bilmir. Bu da son zamanlar Ermənistan prezidentinin səsləndiri bəyanatların tam əksi deməkdir. Prezident Ermənistanla Gürcüstan sərhəddən keçidi sadələşdirməyə çalışdıqlarını desə də, əslində sərhədin keçilməsi daha da ağırlaşıb və çətinləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə