Əfqanıstanın paytaxtı Kabilin diplomatik məhəlləsində minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.
Bildirilir ki, partlayışın ardınca təhlükəsizlik qüvvələri ilə Taliban terrorçuları arasında atışma baş verib. Nəticədə 5 ekstremist məhv edilib.
Qeyd edək ki, terror aktı nəticəsində ölənlərdən ikisi polis əməkdaşı, 4-ü isə dinc sakindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB