Avtobusun aşması 13 nəfərin həyatına son qoyub

Avtobusun aşması 13 nəfərin həyatına son qoyub

Argentinanın Tukuman əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, daha 45 nəfər xəsarət alıb.

SİA “gazeta.ru” xəbər saytına istinadən bildirir ki, bu barədə “Todo Noticias” telekanalı məlumat yayıb.

Bildirilir ki, Mendosa şəhərindən Santyaqo-del-Estero şəhərinə yola düşən avtobus sərt döngədə aşıb. Həmin vaxt güclü dumanın olduğu deyilir. Buna görə də sürücü yolu görməkdə çətinlik çəkib.

Məlumata görə, avtobusun sərnişinləri Termas-de-Rio-Ondo şəhərinə kurorta yollanan təqaüdçülər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə