Hindistan-Pakistan danışıqları yenidən başlayıb

Hindistan-Pakistan danışıqları yenidən başlayıb

Hindistan və Pakistan yenidən danışıqlar masasına əyləşir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2008-ci ildə Mumbayda törədilən terror aktından sonra Hindistan tərəfindən kəsilən sülh danışıqları yenidən başlayıb. Bildirilir ki, gərginliyin azaldılması üçün ABŞ-ın hər iki tərəfə etdiyi təzyiq danışıqların başlamasına təkan verib.

 

Qeyd edək ki, rəsmi Dehli 2008-ci ildə 2004-cü ildə başlanan danışıqları dayandırmışdı. Buna səbəb isə həmin il Hindistanın Mumbay şəhərində törədilən terror aktı və hadisəyə görə, Dehlinin Pakistandan olan terrorçuları günahlandırması idi. Hindistan Pakistan ərazisində fəaliyyət göstərən yaraqlılara qarşı qəti tədbirlər görülməsini tələb edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə