Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 9-da saat 18.05-dən 18.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.45-dən 12.50-dək və fevralın 10-da saat 05.35-dən 05.45-dək Ağdam rayonunun Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB