ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" xidməti bildirir.

Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi "Sea Breeze 2019" hərbi-dəniz təlimlərində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə