Kanadanın Toronto şəhərinin şimal-qərbində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb.
SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, həmin şəxslər ağır yaralı halda çoxmənzilli evlərin birində aşkarlanıb. Ancaq onlardan biri hadisə yerində, digəri isə xəstəxanada keçinib.
Hadisənin iştirakçılarından olmuş üçüncü şəxs də xəstəxanaya müraciət etsə də onun vəziyyətinin kritik olmadığı açıqlanıb.
Hazırda hüquq-mühafizə orqanları baş vermiş hadisənin təfərrüatlarını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB