ABŞ və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

ABŞ və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilmiş G20 sammiti çərçivəsində görüşüb. Görüşdə Suriyadakı vəziyyət və ölkələr arasındakı ticarət əlaqələri müzakirə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

"İkitərəfli ticarət əlaqələrinin yaxşılaşdırılması və Suriyaya aid ümumi öhdəliklərin yerinə yetirilməsi müzakirə edilib", - deyə Ağ Ev mətbuat xidmətinin məlumatında deyilir.

Bundan əlavə, liderlər Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələri də müzakirə ediblər. Amerika lideri həmçinin Türkiyəyə səfər etməyi də planlaşdırdığını açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə