Çin və ABŞ ticarət danışıqlarını bərpa etməyə razılaşdılar

Çin və ABŞ ticarət danışıqlarını bərpa etməyə razılaşdılar

Çin və ABŞ liderləri ticarət müzakirələrini davam etdirməyə qərar veriblər. SİA-nın məlumatına görə, Çin Prezidenti Xi Jinping və ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşü baş tutub.

1 saat 20 dəqiqə davam edən görüşün nəticəsi olaraq Çin və Amerika tərəfləri ticarət məsələləri üzrə bərabərlik və qarşılıqlı hörmət əsasında məsləhətləşmələr aparmağa razılıq veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə