Rusiya İrana S-400 raket əleyhinə müdafiə sistemini tədarük etməyə hazırdır, ancag hələ ki Tehrandan bununla bağlı müraciət daxil olmayıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin mətbuat ofisi məlumat yayıb.
"S-400 "Triumf" sisteminin tədarükü ilə bağlı danışıqlara hazırıq, bu İrana da aiddir. Bu avadanlıq BMT Təhlükəsizlik Şurasının 2015-ci il 20 iyun tarixli 2231 saylı qətnaməsi ilə tətbiq edilən sanksiyalardan kənarda qalıb. Bu mövzuda tərəfdaşlardan rəsmi müraciət daxil olmayıb", mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, S-400 modeli hava və raket hücumlarına qarşı nadir müdafiə sistemi olduğu üçün Rusiyanın tərəfdaşlarının çoxu bu sistemlə ciddi şəkildə maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB