Ekspertlər hazırki dövrdə Ermənistanda vəziyyət, iqtisadi sahədə göstəricilər və məlumatlarla bağlı müxtəlif tədqiqatlar, araşdırmalar aparırlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, belə bir araşdırma bu yaxınlarda Respublika İşəgötürənlər Birliyi tərəfindən 238 kiçik və mikro biznes şirkətləri arasında aparılıb.
Məlumata görə, Respublika İşəgötürənlər Birliyinin sədri Gagik Makaryan verdiyi müsahibədə sözügedən biznes nümayəndələrindən sorğu barədə danışıb.
“Onlardan soruşulurdu ki, gəlirləri yemək almaq, gündəlik həyat, paltar və qida almaq üçün kifayət edirmi? Yaxud, əldə etdikləri gəlirlə digər qiymətli əşyalar, ev və ya avtomobil almaq mümkündürmü. Respondentlərin 49 faizi qazandıqları pul qida və ya geyim almaq üçün kifayət etdiyini söyləyib”, - deyə Gagik Makaran bildirib.
Onun sözlərinə görə, əslində Ermənistanda iş adamları getdikcə yoxsullaşırlar: "İş adamı dedikdə, yoxsul bir kütlə nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB