Hulusi Akar: "Türkiyə F-35-in təkcə müştərisi deyil"

Hulusi Akar: "Türkiyə F-35-in təkcə müştərisi deyil"

Türkiyəni F-35 hərbi təyyarəsindən məhrum etmək NATO-nun da müdafiəsini ciddi surətdə azaldacaq. SİA “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, S-400 komplekslərinin alınması ilə bağlı məsələ bitib: “F-35 layihəsindəki iş birliyimizə maneə yaradılması nə Türkiyənin, nə ABŞ-ın, nə də NATO-nun xeyrinə olacaq. Türkiyə təkcə müştəri deyil, F-35 proqramına investisiya yatıran və ortaq istehsalçılardan biridir. F-35 proqramına aid bütün öhdəliklərimizi bu günə qədər yerinə yetirmişik. Bu, ticari razılaşmadır. Bu çərçivədə bütün haqlarımızı axıradək müdafiə edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə