Moskvada təyyarə reysləri təxirə salınıb

Moskvada təyyarə reysləri təxirə salınıb

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında kəskin hava şəraiti ilə əlaqədar 40-dan çox reys ləngiyib.

Trend-in məlumatına görə, daha 5 reys təxirə salınıb. Qeyd olunub ki, Vnukovo hava limanında 17 reys ləngiyir, 2 reys təxirə salınıb, Domodedovo hava limanında 7 reys ləngiyir, 3 reys təxirə salınıb, Şeremetyevo hava limanında isə 20 reys ləngiyir.

Bütün xəbərlər Facebook səhifəmizdə