Cənubi Sudanda nazir öldürüldü

Cənubi Sudanda nazir öldürüldü

Müstəqilliyini yeni qazanan Cənubi Sudanda nazirlərdən biri iş başında öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkə ordusunun mətbuat katibi inkişaf və əməkdaşlıq nazirinin nazirlikdə işləyən bir sürücü tərəfindən öldürüldüyünü söyləyib. Məlumata görə, sürücü nazirlik qapısındakı bir mühafizəçini öldürdükdən sonra intihar edib.

 

Sui-qəsdin səbəbi ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə