Çində zəlzələ qurbanları: hələlik 16 nəfər

Çində zəlzələ qurbanları: hələlik 16 nəfər

Çinin Siçuan əyalətində baş vermiş zəlzələdə ölənlərin sayı 16 nəfərə çatıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, zəlzələ Siçuan əyalətinin İbin şəhər dairəsinin Qun qəsəbəsində 5,4 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Bütün zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, həftənin əvvəlində də İbin dairəsində 6 bal gücündə zəlzələ baş vermişdi. Həftə ərzində adı çəkilən bölgədə 70-ə qədər müxtəlif maqnitudalı zəlzələlər hiss olunub.

Son rəsmi məlumata görə, 22 min yaşayış evi dağılıb və ümumilikdə 220 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə