Avtobus qəzasında 20 nəfər yaralanıb

Avtobus qəzasında 20 nəfər yaralanıb

Antalyanın Akseki kəndində turist avtobusunun aşması nəticəsində 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.

Sürücüsünün kimliyi açıqlanmayan avtobus Akseki-Manavqat yolunda aşıb. Yaralılardan 5-nin uşaq olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xilasedicilər gəlib.

Yaralılara ilk yardımı isə yoldan keçən vətəndaşlar edib. Bölgədəki yaxın xəstəxanalara yerləşdirilən xəstələrdən 4-nün vəziyyəti ağır olaraq qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə