İyulun 8-dən etibarən Gürcüstan Hava Yolları şirkətinin Rusiya ərazisindəki uçuşları dayandırılacaq.
SİA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstan tərəfi artıq bununla bağlı məlumatlandırılıb.
Nazirlik bunun səbəbinin aviasiya təhlükəsizliyinin təmin edilməsi və ödənməmiş borclarla əlaqələndirib.
"Hazırda mövcud olan borc 792 min 543,19 ABŞ dolları və 592 min 251,95 Rusiya rubludur. Gürcüstan tərəfi 2008-ci ildən bəri borcunu tam ödəyə bilməyib", - deyə nazirliyin məlumatında bildirilib.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti hökumətə Rusiya vətəndaşlarının Gürcüstandan geri qaytarılması haqqında göstəriş verib. V. Putinin imzaladığı fərmana əsasən, iyulun 8-dən etibarən Rusiyadan Gürcüstan istiqamətində sərnişin və ticarət uçuşları müvəqqəti dayandırılacaq.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan hökümətindən bu ölkədə yaşayan Rusiya vətəndaşlarının və rusiyalı jurnalsitlərin təhülkəsizliyinin təmin etməsini tələb edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
"Biz Gürcüstan rəsmilərindən Gürcüstan ərazisindəki rusiyalı jurnalistlərin və Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmələrini tələb edirik. Güman edirik ki, beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT bu məsələyə reaksiya verəcək", - deyə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Rusiya XİN davamlı olaraq Gürcüstanda baş verən hadisələri izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB