ABŞ pilotsuz aparatı ilə bağlı insident Vaşinqtonun Tehrana təzyiq göstərmək cəhdidir. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatami bildirib.
Onun fikrincə ABŞ bu yolla İranı danışıqlara başlamağa məcbur etmək istəyir. "Amerika kəşfiyyat aparatını İrana, qoşunları və hərbi texnikanı regiona göndərmək kimi provokatif hərəkətləri ilə psixoloji müharibəni davam etdirir. "Danışıqlar-təzyiq" strategiyası çərçivəsində mətbuat vasitələrinin köməyi ilə İrana maksimum təzyiq göstərməyə çalışır", Hatami bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB