Türkiyədə təhlükəli qadın terrorçu yaxalanıb

Türkiyədə təhlükəli qadın terrorçu yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.

SİA xəbər verir ki, DHKP-C (Devrimçi Halk Kurtuluş Partiyası – Cəbhəsi) terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb. Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur. “Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb. Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə