Qazaxıstanda dəmiryol qəzası baş verib

Qazaxıstanda dəmiryol qəzası baş verib

Ötən gün Bakı vaxtı ilə saat 17:25 radələrində Qazaxıstanın cənub-şərqində yerləşən Alma-Ata şəhərində dəmiryol qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, teplovozun daşıdığı aviasiya kerosini ilə dolu olan 4 sistern relsdən çıxaraq aşıb. Nəticədə, sisternlərdən 2-də sızma qeydə alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yerləşən yaşayış binalarından 385 nəfərin təxliyyəsi həyata keçirilib.

 

İlkin məlumata əsasən qəza nəticəsində zərərçəkən olmayıb. Hadisə baş verən ərazinin hava limanı yaxınlığında yerləşdiyi qeyd olunur. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə