Egey dənizində miqrantları daşıyan qayıq batıb ölənlər var

Egey dənizində miqrantları daşıyan qayıq batıb ölənlər var

Egey dənizində Yunanıstanın Midilli adası sahillərində miqrantları daşıyan qayıq batıb. SİA "CNNtürk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb.

Məlumata əsasən, qayıqda təxminən 80 nəfər olub.

Yunanıstan Sahil Mühafizə Xidməti ilə Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinə(Frontex) aid gəmi və helikopterin keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 58 nəfər xilas edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə