PKK terrorçuları fəhlələrə hücum etdi: iki ölü

PKK terrorçuları fəhlələrə hücum etdi: iki ölü

Hakkarinin Yülsekova əyalətinə bağlı Çobanpınar bölgəsində yeni tikilən hərbi hissə inşaatında çalışan fəhlələrə İran ərazisindən PKK terror təşkilatı tərəfindən silah və raketli hücum təşkil edilib.

SİA Türkiyənin “kamubulteni.com” saytına xəbər verir ki, hadisə bu gün axşam saatlarında İran sərhədindəki Çobanpınar bölgəsində meydana gəlib. Hərbi hissə tikintisi ilə özəl bir şirkət məşğul olub və hücuma məruz qalanlar da məhz həmin şirkətin əməkdaşları olub. İlkin məlumatlara görə, hücumda 2 işçi həlak olub, biri isə yaralanıb. Yaralı fəhlə vertolyotla Yüksekova dövlət xəstəxanasına çatdırılıb. PKK terrorçularının mövqeyinə uzun məsafəli silahlardan cavab zərbələri endirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə havadan da dəstəklənən quru əməliyyatlarına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə