Antalyada vertolyot qəzası: iki ölü

Antalyada vertolyot qəzası: iki ölü

Antalyanın Manavqat bölgəsində içərisində 3 nəfərin olduğu tədris təyyarəsi qəzaya uğrayıb.

SİA-nın “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində pilot Levent Arslan dərhal həyatını itirib. Universitet tələbəsi Ataberk Gökmen isə bütün cəhdlərə baxmayaraq xəstəxanada həyatla vidalaşıb. Bilgi Universiteti tədris rəisi Dəniz Günün isə müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Manavqat Atatürk Stadionunun arxasındakı sahədən göyə qalxan 172 P TC-DBD tipli tədris təyyarəsi təxminən 300 metr sonra yerə çırpılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə