"Bölgədə təxribatların baş verməsi gözlənilir" Lavrov

"Bölgədə təxribatların baş verməsi gözlənilir" Lavrov

Suriyanın İdlib şəhərində deeskalasiya zonasında çox sayda Qərb istehsalı silah var. SİA RT-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"İdlibdə, Idlibdəki deeskalasiya zonasında çox sayda Qərb istehsalı silah var," deyə Lavrov mətbuat konfransında açıqlayıb.

Xarici işlər nazirinin sözlərinə görə, bölgədə çox sayda təxribatın baş verməsi gözlənilir.

"Ümumiyyətlə Suriyada və bölgədə silah qaçaqmalçılığı, neft qaçaqmalçılığı, narkotik ticarəti bu ölkələrin daxili işlərinə xarici müdaxilə siyasəti nəticəsində gündən günə inkişaf edir", - Lavrov deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə