Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll”un nəticələrinə görə, seçicilərin 70,13 faizi Kasım-Jomart Tokayevə səs verib.
SİA xəbər verir ki, seçkilərdə Nur Otan partiyasından Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparıb.
Qeyd edək ki, cari ilin mart ayında Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin istefa verməsindən sonra Kasım-Jomart Tokayev müvəqqəti dövlət başçısı təyin edilib.
Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçirilib. Prezident postu uğrunda yeddi namizəd mübarizə aparıb. Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı Prezident Kasım-Jomart Tokayev olub. "Ak Jol" demokratik partiyasından isə prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaeva olub. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır. Namizədlər arasında bir nəfər də jurnalist olub. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.
Qazaxıstan Konstitusiyasına əsasən, ölkə Prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB