“Türk Hava Yolları”na məxsus təyyarə Bağdadda qəza enişi edib

“Türk Hava Yolları”na məxsus təyyarə Bağdadda qəza enişi edib

İstanbul-Bağdad reysi ilə hərəkətdə olan “Türk Hava Yolları”na (THY) məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi qəza enişi edib.

SIA xəbər verir ki, bu barədə www.kokpit.aero saytı məlumat yayıb.

Bildirilir ki, eniş zamanı təyyarədə problem yaranıb və layner Bağdad səmasında təxminən bir saat dövrə vurub. Pilotların “qəza enişi” tələbi təmin olunub. Hələlik, THY və ya İraq tərəfi hadisə barədə hər hansı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə