Qazaxıstanda prezident seçkilərinə start verildi

Qazaxıstanda prezident seçkilərinə start verildi
İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb. SİA-nın məlumatına görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dan 20:00-dək davam edəcək. Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. 1 yanvar 2019-cu ilin vəziyyətinə görə,ölkənin Mərkəzi Seçkilər Komissiyası tərəfindən seçicilər reyestrinə səsvermə hüququna malik 11 814 019 vətəndaş daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə