Litvada NATO təlimləri başlanıb

Litvada NATO təlimləri başlanıb

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun və mindən çox hərbi texnikanın cəlb edildiyi “Gelezinis Vilkas” irimiqyaslı manevrlər başlanıb. Bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, təlimlərdə Litva ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvadadakı toplu batalyonuna daxildir. İki həftə davam edəcək təlimlər Litva ordusunun Pabrade şəhərində yerləşən poliqonunda və Qayjyunay poliqonunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə