Metropolitendə qatar relsdən çıxıb

Metropolitendə qatar relsdən çıxıb

ABŞ-ın Massaçusets ştatındakı Boston metropolitenində qatarın relsdən çıxması nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

SİA “CBS Nyus” telekanalına istinadən xəbər verir ki, hadisə baş verən anda qatarda təxminən 150 nəfər şəxs olub. Qeyd olunur ki, xəsarət alanların həyatına ciddi təhlükə yoxdur.

Hadisədən dərhal sonra qatarların hərəkətində xeyli ləngimələr meydana gəlib. Yerli əhalidən alternativ nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunub. Ştat hakimiyyəti qatarın relsdən çıxma səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə