ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır. SİA xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 9 ədəd azalaraq 975 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 87 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 11 ədəd azalaraq 789 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 73 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd çoxalaraq 186 olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 12 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB